Bakıda dəhşətli yanğın, 41 yaşlı kişi evində yanıb öldü

Bakıda mənzildə dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan üçotaqlı kürsülü (bir hissəsi taxta konstruksiyalardan ibarət) ev və ev əşyaları 60 kv.m sahədə yanıb. Yanğının yerinin kəşfiyyatı zamanı ev sahibi, 1971-ci il təvəllüdlü  Fərhad Ələkbər oğlu Ələkbərzadənin meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31