Gəncədə dəmir yolunda dəhşətli hadisə
31 yaşlı qadın qatarın altında qalıb
26 Dekabr 2012 17:31 KriminalBu gün Gəncə şəhərində faciəvi hadisə baş verib. Dəmir Yolu Nəqliyyatında Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə şəhərində, dəmir yolu vağzalının yaxınlığında 1981-ci il təvəllüdlü Mərdanova Səfurə Mustafa qızı Bakı-Tbilisi xətti üzrə hərəkət edən yük qatarının altında qalıb. Məlumata görə, 31 yaşlı S.Mərdanova hadisə vaxtı ağır bədən xəsarətləri alıb və xəstəxanaya aparılarkən ölüb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31