Samur-Abşeron kanalında qadın meyidi tapılıb

Meyit xilasedicilər tərəfindən sudan çıxarılaraq təhvil verilib

Siyəzən rayonunda Zarat kəndi ərazisində Samur-Abşeron kanalında naməlum qadın cəsədi aşkarlanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aşkarlanmış cəsəd hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31