Maştağada yeznəsinin başını kəsən 14 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Kazımovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Həsən Əliyevin sədrliyi ilə keçirilən prosesdə Arif Kazımov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Arif Kazımov 2012-ci il iyulun 19-da Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində, Albalı bağ massivində şəxsi münasibətlər zəminində yeznəsi 57 yaşlı Nazim Babayevin boğazını kəsib. Yaralı çoxlu qan itirmədən hadisə yerində dünyasını dəyişib. Hadisə yerindən qaçan A.Kazımov bir neçə gün sonra saxlanılaraq istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31