Müştəriyə görə taksi sürücüsünü bıçaqlayan şəxsə hökm oxundu
26 Dekabr 2012 15:09 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmaqda təqsirləndirilən Binəqədi rayon sakini Zaur Mehdiyevin işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin sentyabrın 26-da Binəqədi rayonu 7-ci mikrorayon ərazisində müştəri üstə taksi sürücüləri Zaur Mehdiyevlə Ramin Əliyev arasında mübahisə düşüb. Nəticədə əvvəllər adam öldürdüyü üçün 10 il müddətinə azadlıqdan məhrum edilən Z.Mehdiyev Raminə çoxsaylı bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31