75 yaşlı kişi xəndəyə düşərək öldü

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər xəndəyə düşərək ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki,  1937-ci il təvəllüdlü Əlisoltan İmamverdi oğlu Cavadov təmir işləri aparılan ərazidə dərinliyi təxminən, 6-7 m olan xəndəyə düşərək həlak olub.  Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə Ə.Cavadovun cəsədini quyudan çıxararaq  aidiyyəti üzrə təhvil verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31