Cəmil Həsənov öldü

Bir gündə Bakı və Sumqayıtda dəm qazından bir nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 25-də baş verib.  Yasamal rayonu ərazisində yaşayan Cəmil Həsənov evində dəm qazından zəhərlənərək ölüb.

Həmin gün Sumqayıt şəhər sakinləri Səkinə Abdullayeva, Mehriban Qədirzadə və Eyvaz Musayev evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31