Sumqayıtda 12780 partlayıcı aşkarlandı
26 Dekabr 2012 12:50 KriminalDaxili İşlər Nazirliyinin əməkdaşları Sumqayıtda növbəti dəfə külli miqdarda partlayıcı oyuncaq aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazilərində ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 12870 ədəd partlayıcı oyuncaqlar götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31