Bakıda dəhşətli yanğın, ev sahibi yanıb öldü
26 Dekabr 2012 12:43 KriminalBakıda baş verən dəhşətli yanğında ev sahibi mənzili ilə birlikdə yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 25-də saat 14.30 radələrində Sabunçu rayonu ərazisində baş verib. Həmin ərazidə yaşayan Valeriy Hüseynovun evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş ev sahibi orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31