Sabunçuda maşın və mağaza yandı
26 Dekabr 2012 12:42 KriminalSabunçu rayonunda iki yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, evlərə yaxın məsafədə yerləşən vətəndaşa məxsus "МОСКВИЧ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Həmçinin vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31