Rusiyada azərbaycanlının başçılıq etdiyi cinayətkar qrup yaxalanıb

Qrup üzvlərindən müxtəlif silahlar götürülüb

Rusiyada başçısı azərbaycanlı cinayətkar qrup yaxalanıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Altay vilayətində hüquq-mühafizə orqanları tərəfindən Barnaulda narkotik satışı ilə məşğul olan cinayətkar qrupu ifşa olunub.
Qrup üzvlərindən 17 qram heroin, həşiş, "Kalaşnikov" avtomatı, ov tüfəngi, soyuq silah götürülüb. Cinayətkar qrupa əvvəllər məhkum olmuş Azərbaycan vətəndaşı başçılıq edib.
Qeyd edək ki, faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 222 və 228 maddələri üzrə (silahın və narkotik vasitələrin qanunsuz saxlanılması və satışı) cinayət işi qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31