Bakıda taksi sürücüsündən zorla 70 manat götürən dəstə üzvləri tutulub

Polis onların kimliklərini müəyyənləşdirib

Xətai rayonu ərazisində quldurluq edən dəstə yaxalanıb. ANS PRESS-in DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, 3 naməlum şəxs Bakı şəhər sakini İbrahim Sadıqova məxsus "Opel" markalı avtomaşına oturub, metronun "Əhmədli" stansiyasına gedəcəklərini bildiriblər.
Onlar bıçaqla İ.Sadıqovun əl nahiyyəsindən xəsarət yetirib 70 manat pulunu aldıqdan sonra avtomaşından düşərək qaçmağa cəhd göstəriblər. Lakin Çevik Polis Alayı və Xətai RPİ 34-cü PB əməkdaşları tərəfindən tutulublar.
Polis quldurluq edən şəxslərin kimliklərini də müəyyən edib. Onlar Oğuz rayon sakini Laçın Süleymanov, Xaçmaz rayon sakini Cəlil Hacıağayev və Tərtər rayon sakini Elgiz Məmmədovdur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31