Dövlət Sərhəd Xidmətinin iki əsgəri güllələndi

Əsgərlər odlu silahla qətlə yetirilib

Azərbaycan-İran sərhəddindəki zastavada Dövlət Sərhəd Xidmətinin iki əsgəri güllələnib. "OLAYLAR"ın məlumatına görə, hadisə İmişli rayonunun Bəhramtəpə qəsəbəsində Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsi ərazisində baş verib. Sərhəd zastavasında Sərhəd Qoşunlarının əsgərləri - 1993-cü il təvəllüdlü Əliyev Rahib Nazim oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Tural İzzət oğlunun güllələnmiş meyitləri tapılıb. Məlumata görə, əsgərlərdən biri əvvəlcə əsgər yoldaşını, sonra özünü güllələyib. Məlumatı Dövlət Sərhəd Xidməti təsdiqləsə də hadisənin hanşı səbəbdən baş verdiyi məlum deyil. Hadisə ilə bağlı əlavə məlumat verilmir. "OLAYLAR"a daxil olan məlumata görə, faktla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, hazırda araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31