Dələduz "vergi müfəttişləri" ifşa olunub

Yevlax rayonunda dələduzluqla məşğul olan mütəşəkkil dəstə ifşa edilib. Bu barədə "Azadinform"a Yevlax rayon Polis Şöbəsindən məlumat verilib.Məlumata görə, Gəncə şəhər sakinləri - 1949-cu il təvəllüdlü Rzayev Akif Rza oğlu, 1951-ci il təvəllüdlü Rzayev Saday İbrahim oğlu və 1982-ci il təvəllüdlü Rzayev Hüseyn Akif oğlu polis əməkdaşları tərəfindən saxlanılıblar.Məlumatda bildirilir ki, əməliyyat axtarış tədbirləri Yevlax rayonu Varvara və Salahlı kənd sakinlərinin Yevlax şəhər 11 saylı Ərazi Vergilər İdarəsinə daxil olmuş şikayət ərizələri əsasında aparılıb.Məlum olub ki, mütəşəkkil dəstənin üzvləri özlərini həm "Dövlətin Yaşadılması" qəzetinin əməkdaşları, həm də Vergilər Nazirliyinin "Vergilərə nəzarət" şöbəsinin işçiləri kimi təqdim edərək müxtəlif regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və mağaza sahiblərindən müəyyən nöqsanlarının olduğunu bəhanə gətirərək, xeyli miqdarda pul alıblar.Aparılan əməliyyatlar zamanı saxlanılan şəxslərin avtomobilindən külli miqdarda çeklər və onlara məxsus olan "Dövlətin Yaşadılması" qəzetinin vəsiqələri aşkarlanaraq götürülüb. Mütəşəkkil dəstənin başçısı Akif Rzayev əvvəllər Azərbaycan Texniki Universitetində kafedra müdiri işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31