Masallıda avtomobil qəzasında 9 nəfər yaralandı
Zərərçəkənlər Masallı Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib
25 Dekabr 2012 14:14 KriminalMasallı rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Ələt- Astara magistral yolunun Masallı rayonunun Xıl kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Opel" markalı, 50 BV 369 dövlət nömrə nişanlı minik avtomobili qarşıdan gələn 10 MT 183 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.
Nəticədə hər iki avtomaşında olan şəxslərdən 9-u müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyi Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31