Azərbaycanda insan orqanlarının qanunsuz köçürülməsi ilə məşğul olan 10 nəfər İsraildə həbs olunub
23 May 2012 13:59 KriminalDünən İsraildə "qara transplantasiya" ilə məşğul olan 10 ölkə vətəndaşı həbs olunub.APA-nın İsrail kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, polis saxlanan qrupun üzvlərinin əsasən Kosovo və Azərbaycanda fəaliyyət göstərdiyini müəyyənləşdirib. Qrup üzvləri bu ölkədə aztəminatlı ailələr arasında tapılan donorların orqanlarını əldə etmək müqabilində 1000-10000 şekel ödəyiblər. Qrup orqan köçürülən insanlardan isə bundan on dəfə artıq pul alırmış. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31