"BMW" elektrik dirəyinə çırpıldı
25 Dekabr 2012 12:01 KriminalAstara şəhərində sahibi məlum olmayan "BMW" markalı minik avtomobili elektrik dirəyinə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü və 1 nəfər sərnişin vətəndaşlar tərəfindən avtomobildən çıxarılaraq rayon xəstəxanasına aparılıb, digər sərnişin yanğınsöndürən xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadnlıqlar vəsitəsilə avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31