Bakı şəhəri, Nərimanov rayonunda taxta sexində yanğın qeydə alınıb. Fövqəladə Halar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 350 kv.m olan taxta sexinin yanar konstruksiyaları və içərisinə yığılmış taxta materialları 150 kv.m sahədə yanıb. Sexin qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31