Avtomobilin təkəri, köşkün isə taxta üzlüyü yandı

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "HOW" markalı yük avtomobilinin təkərləri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, digər Yanğın hadisəsi Bakı şəhəri, Nizami rayonunda qeydə alınıb. Belə ki,  sahibi məlum olmayan, ümumi sahəsi 6 kv.m olan dəmir üzlüklü köşkün içərisindəki taxta üzlüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31