Telefonu ətin arasında türməyə keçirmək cəhdinin qarşısı alınıb
25 Dekabr 2012 11:57 KriminalPenitensiar xidmətin və həbsxananın əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 177.3.3, 234.1, 66.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məmmədov Bəxtiyar Oqtay oğlunun yanına qısa müddətli görüşə gəlmiş dayısı oğlu Əhmədov Samir Fəqani oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman plasmas qabda olan yeməyin içərisindəki ət tikələrinin arasına xüsusi üsulla yerləşdirilmiş 3 ədəd "Nokia" markalı mobil telefonlar və bir ədəd Sim kart aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.