Qonşusuna alt paltarında heroin keçirmək istədi
25 Dekabr 2012 11:56 KriminalPenitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1978-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əhmədov Pərviz İbrahim oğlunun yanına qısa müddətli görüşə gəlmiş qonşusu Dadaşov Eldəniz Ramiz oğlunun üzərinə baxış keçirilən zaman alt paltarında gizlətdiyi 2 ədəd sellofana bükülmüş narkotik maddə olan - 5,543 qram çəkidə "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.