Bakıda əsgər ölümcül bıçaqlandı
Hələlik adı açıqlanmayan şəxs bıçağı əsgərin döş qəfəsinə vurub
25 Dekabr 2012 11:46 KriminalBakının Xətai rayonu ərazisində hərbi qulluqçunun qanı axıdılıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, "N" saylı hərbi hissənin əsgəri, 19 yaşlı Elnur İbrahimov ölümcül vəziyyətdə bıçaqlanıb. Hələlik adı açıqlanmayan şəxs bıçağı əsgərin döş qəfəsinə vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan əsgərin vəziyyəti yaxşı deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31