Bakıda avtomobil yenə can aldı
Hadisə bu gün səhər saatlarında baş verib
25 Dekabr 2012 09:59 KriminalDekabrın 25-də səhər saatlarında Yasamal rayonu, Şərifzadə 67 A ünvanında ağır yol qəzası baş verib. İnşaatçılar metrosundan Mətbuat prospekti istiqamətində hətəkət edən "Vaz 2115" markalı, "90 NO 195" dövlət nişanlı avtomobil adı çəkilən ünvanda yolu keçən piyadanı vurub. 50-55 yaşlarında olan naməlum qadın hadisə yerindəcə dünyasını dəyişib. Cinayətkar yerində saxlanılıb, istintaq aparılır. (OLAYLAR İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31