Bir yumruğa adam öldürənə 1 il 6 ay cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə təqsirli bilinən 46 yaşlı Kəlbəcər rayon sakini Əhliman Rüstəmovun məhkəməsi başa çatıb. Bu barədəı "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əhliman Rüstəmov 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin dekabrın 28-də Əhliman Rüstəmov oğulları Ramin və Rahiblə tikintidə işləyən zaman Elmidar Kazımov və Emin Əsədov onlara yaxınlaşaraq mübahisə etməyə başlayıblar. Mübahisə əlbəyaxaya keçəndə söhbətə Əhliman kişi də qarışıb. Qardaşlar atalarının səsini eşidəndə, hadisə yerindən uzaqlaşmaq istəsələr də Elmidar Kazımov bıçaqla onların üstünə hücum çəkib. Ramini əlindən yaralayan Elmidar Rahibin üstünə bıçaqla hücüm edəndə Ə.Rüstəmov onun qarşısını almaq üçün E.Kazımova zərbə endirib. Başından zərbə alan E.Kazımov yerə yıxılıb. Bundan sonra Ə.Rüstəmov özündən gedən Elmidarı xəstəxanaya çatdırıb. Lakin həkimlərin səyinə baxmayaraq, 3 gündən sonra Elmidar Kazımov xəstəxanada dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31