Sevdiyi qıza görə məktəb yoldaşını bıçaqlayan gəncə hökm oxundu
24 Dekabr 2012 18:02 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində sinif yoldaşını bıçaqlamaqda təqsirləndirilərək həbs olunan Cəlilabad rayon sakini Fərid Təhməzovun məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə F.Təhməzovun cinayəti sübuta yetirilib və o 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2012-ci il iyunun 13-də Göytəpə şəhərində yerləşən 2 nömrəli məktəbdə 16 yaşlı Fərhad Təhməzov mübahisə zəminində məktəb yoldaşı 17 yaşlı Qürbət Manafovu bıçaqlayıb. Məhkəmədə ifadə verən F.Təhməzov Q.Manafovu sevdiyi qıza söz atdığı üçün bıçaqladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31