Ağdamda pomidor turşusundan zəhərlənən ailələlərin sayı 3-ə çatıb

Valideynlər mərkəzi rayon, ailənin azyaşlı üzvləri isə uşaq xəstəxanasına yerləşdiriliblər. milli.Az EL TV-yə istinadən xəbər verir ki, Ağdamda pomidor turşusundan zəhərlənən ailələlərin sayı 3-ə çatıb. Bu dəfə hadisə Yüzbaşılı kənd sakini Zöhrab Abbasovun ailəsində baş verib.
Ailə başçısının sözlərinə görə, şənbə günü nahar zamanı pomidor turşusu ilə yemək yeyiblər. Yeməkdən təxminən bir saat sonra isə onlarda kəskin ürəkbulanma və qusma əlamətləri baş qaldırıb. Bundan sonra valideynlər mərkəzi rayon, ailənin azyaşlı üzvləri isə uşaq xəstəxanasına yerləşdiriliblər.
Valideynlərə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar. Ailənin azyaşlı üzvləri 8 yaşlı Bayram və 10 yaşlı Arzu Abbasovaların da səhhətləri yaxşılaşıb. Lakin onlar, hələ də, xəstəxanada həkim nəzarətində saxlanılırlar.
Ağdam rayon uşaq xəstəxanasının baş həkimi Həqiqət Süleymanovanın sözlərinə görə, ilkin müayinədən sonra xəstələrdə soyuqdəymə infeksiya əlamətləri aşkar edilib. Xatırladaq ki, dekabr ayı ərzində Ağdam rayonu ərazisində iki ailədə zəhərlənmə hadisəsi baş verib. Bu zaman bir ailənin 3 üzvü dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31