7 yaşlı oğlanı zorlayan azyaşlının cəzası yüngülləşdirildi
24 Dekabr 2012 17:12 KriminalSumqayıt Apellyasiya Məhkəməsində 7 yaşlı oğlanı zorlamaqda ittiham olunan 13 yaşlı Xaçmaz rayon sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin vəkilinin apellyasiya şikayəti qismən təmin edilib və onun cəzasından 5 il çıxılaraq barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
İttihama görə, hadisə Xaçmaz rayonunun Qusarçay kəndində qeydə alınıb. 13 yaşlı kənd sakini 7 yaşlı həmkəndlisini zorlayıb. O, azyaşlı oğlanı aldadaraq kəndin kənarındakı meşəlik əraziyə aparıb və orada onunla cinsi əlaqədə olub. Sonuncu dəfə azyaşlılar cinsi əlaqədə olan zaman kənd sakinlərindən bir hadisənin şahidi olub və bu barədə azyaşlının ailəsinə məlumat verib. Iki qonşu arasında olan hadisə barədə Xaçmaz rayon Polis şöbəsinə müraciət edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 153.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlanıb və iş materialları baxılması üçün məhkəməyə göndərilib. Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İstintaq orqanı cinayəti törədən şəxs azyaşlı olduğu üçün barəsində həbs qərarı seçilməyib və o məhkəmə istintaqının gedişini zamanı polis nəzarəti altında saxlanılıb. Məhkəmənin hökmü ilə onun barəsində 8 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin vəkili hökmdən apelyasiya şikayəti verib. Cinayəti törədən şəxsin də azyaşlı olmasını diqqətə çatdıran vəkil onun barəsində həbs olmayan qərarın çıxarılmasını istəyib.