3 rayondan 4 minə yaxın partlayıcı aşkarlandı
24 Dekabr 2012 14:10 KriminalAzərbaycanda rayon və şəhərlərdə aparılan yoxlamalar zamanı 4 minə yaxın partlayıcı aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, əməliyyat Gəncə, Sumqayıt və Salyanda keçirilib. Gəncə ŞBPİ, Sumqayıt ŞPİ və Salyan RPŞ əməkdaşları tərəfindən şəhər və rayon ərazilərində yüksək səsyayıcı qabiliyyətinə malik olan ümumilikdə 3810 ədəd partlayıcı oyuncaqlar götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31