Lənkəranda faciə, 2 yaşlı uşaq kanalda boğuldu

Lənkəranda iki yaşlı uşaq kanalda boğulub ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 23-də Lənkəran rayonunun Şirinsu kəndində baş verib. Kənd sakini 2010-cu il təvəllüdlü Nural Quliyev kanala düşərək boğulub. N.Quliyevin meyiti kanaldan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31