Bakıda "Rang Rover"dən narkotik tapıldı
Avtomobildə olan 5 nəfər yaxalanıb
24 Dekabr 2012 12:18 KriminalBakıda avtomobildən narkotik maddə tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Babək prospektində Anar Tanrıverdiyevin idarə etdiyi "Rang-Rover" markalı avtomaşın şübhə doğurduğundan Xətai RPİ 37-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Salondan 1 kiloqramdan artıq marixuana aşkar olunub. Sürücü A.Tanrıverdiyev və sərnişinləri - Ruslan Yaqubov, Anar Allahverdiyev, Qabil Kərimov və Ramil Əsgərov yaxalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31