Xırdalanda kazino qalmaqalı - VIDEO
Sakinlər orada 18 yaşından etibarən gənclərin qumara cəlb edildiyini, stolüstü poker oyunları, “Keno” adlı qumar lotosu, qara kontor oynanıldığını deyirlər
24 Dekabr 2012 10:35 KriminalXırdalan şəhər icra hakimiyyətinin yaxınlığında 9 mərtəbəli binada yaşayan bir qrup sakin "Qafqazinfo"ya şikayət məktubu göndərib. Buna səbəb binanın altında "Ray" adlanan klubda kazino-qumarxanın sakinləri narahat etməsidir. Onlar bildirirlər ki, "Ray" klub adlanan diskotekada baş verən davalardan, gecə qızlarının səsindən artıq cana gəliblər. Bundan əlavə, bina sainlərinin uşaqları evlərindən pul oğurlayıb həmin qumarxanada qumar oynayırlar. Sakinlər qeyd edir ki, həmin kazinonu işlədən Yusif adlı şəxs həm də "Ray" klubun sahibidir. Onlar Yusif adlı şəxs haqqında bir sıra məlumatlar da toplayıblar.Onun "Asif " adlanan futbol mərci obyekti də var. Sakinlər bildiriblər ki, kazino parkdakı mühafizə polis bölməsinin arxasında yerləşir və mühafizə polisləri də olanlara göz yumur. Sakinlər orada 18 yaşından etibarən gənclərin qumara cəlb edildiyini, stolüstü poker oyunları, "Keno" adlı qumar lotosu, qara kontor oynanıldığını qeyd ediblər.Bina sakinlər 3 ildir buna göz yumduqlarını bildirsələr də, artıq dözməyəcəklərini deyirlər. Onlar qumarxanada və klubda baş verənlərin fotolarını və videolarını da çəkib redaksiyamıza göndəriblər"