Xəzərdə qayığın yanacağı bitdi, balıqçılar dənizin ortasında qaldılar

Onları Dövlət Yanğından Mühafizə Xidmətinin gəmisi təsadüfən tapıb

Ötən axşam saat 20:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "VİXR-3" yanğınsöndürmə gəmisi ərazidə xidmət apararkən sahildən, təxminən, 25 km məsafədə, Xərə-Zirə adası yaxınlığında içərisində üç nəfərin olduğu balıqçı qayıığı aşkar edib. ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, müəyyən olunub ki, qayıq yanacaq bitdiyi üçün açıq dənizdə köməksiz vəziyyətdə qalıb. Balıqçılar xilas edilərək göyərtəyə qaldırılıb, qayıq yedəyə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31