Anasını məhkəməyə verən qız: "Məni əxlaqsızlığa vadar etdi" - FOTO

11 yaşında "Playboy" jurnalı üçün çılpaq şəkildə fotosessiyaya çəkilmiş fransız aktrisa Yeva İonesku anasını məhkəməyə verib

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki "Playboy"da çəkilmiş ən gənc qız olan Yevanın dediyinə görə, anası bilərəkdən onu əxlaqsız görkəmdə çəkib, sonra da fotoları "Playboy"a satıb."Anam məni əxlaqsızlığa vadar etmişdi. Həyatımı o dağıtmağa çalışdı", - Yeva deyib.11 yaşlı Yeva İoneskunun fotoları "Playboy"un 1976-cı ilin oktyabr sayında dərc olunmuşdu.Yeva anasından, fotoqraf İrina İoneskudan maddi təzminat qismində 10 min avro, habelə qalmaqallı şəkillərin neqativlərini tələb edir.Yevanın ilkin iddiasında o, 200 min avro istəyirdi.Yeva İonesku və anasının arasındakı münasibətlərdən 2011-ci ildə çəkilmiş "My Little Princess" filmində bəhs olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31