Rostovda azərbaycanlı azərbaycanlını güllələdi
21 Dekabr 2012 12:25 KriminalRostovda 25 yaşlı Azərbaycan vətəndaşı silahlı hücuma məruz qalıb. APA-nın Rusiya Təhqiqat Komitəsinin Rostov vilayət şöbəsinə istinadən yaydığı məlumata görə, iki nəfər naməlum şəxs soydaşımıza atəş açaraq sol çiyin nahiyəsindən yaralayıblar.
Azərbaycanlı ona hücum edənlərə müqavimət göstərib və onlardan birini saxlayıb. Digər silahlı isə qaçmağa müvəffəq olub. Faktla bağlı cinayət işi başlanıb, qaçmış şəxsin saxlanması istiqamətində tədbirlər görülür. Hadisə yerindən cinayətdə istifadə olunmuş qaz tapançası götürülüb.
Faktla bağlı saxlanan şəxsin Azərbaycan vətəndaşı olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31