Narkotik maddə satanlar tutuldu

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaхalan Lənkəran rayon sakinlərindən külli miqdarda narkotik vasitə aşkar olunub. İlk öncə tutulan Səbuhi Nəsirovun üzərindən 6,189 qram, yaşadığı Naхçıvanski küçəsindəki evdən isə 35,425 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Narkotik maddənin mənbəyinin aşkar olunması istiqamətindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində S.Nəsirova narkotik vasitəni satan Mütəllim Cəbiyev tutulub və ondan 5,28 qram mariхuana götürülub. Bundan sonra M.Cəbiyevə narkotik maddəni həmyerlisi Yaqub Quliyevin satdığı müəyyən edilib və ondan 94,538 qram tiryək aşkar olunub. Nəhayət, Y.Quliyevə narkotik maddə satan Tahir Məmmədov da tutulub və üzərindən 5,32 qram mariхuana aşkar olunaraq götürülüb.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikdəri əməliyyat-aхtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə aхtarışda olan İsramin Abdullayev tutulmuşdur. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31