Maliyyə Nazirliyinin əməkdaşları həbs edildi

İraq Maliyyə Nazirliyinə silahlı basqın olub. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, milis qüvvələri tərəfindən  nazirliyə edilən basqın zamanı nazirliyin bütün səlahiyyətli şəxsləri, eləcə də 150-yə yaxın təhlükəsizlik xidməti əməkdaşı həbs edilib. İraq maliyyə naziri Rafi İsavi nazirliyə hücumun arxasında baş nazir Nuri Əl-Malikinin durduğunu istisna etməyib. Onun sözlərinə görə, hökumətin istefa tələbinə qarşılıq olaraq Maliki belə bir addım atmağı qərarlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31