Kanala düşən avtomobilin sərnişinləri axtarılır
21 Dekabr 2012 11:00 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Alekseyevka kəndi ərazisində "VAZ" markalı minik avtomobili Xanarxı kanalına düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin xilasediciləri hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə xüsusi texnika vasitəsi ilə avtomobili sudan çıxarıblar. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31