Paytaxtda zəncirvari qəza

Dekabrın 21-də paytaxtda zəncirvari qəza baş verib. "OLAYLAR"-ın hadisə yerindən verdiyi xəbərə görə, yol nəqliyyat hadisəsi Xəqani küçəsində qeydə alınıb. Məlumata görə, yüksək sürət həddinin səbəb olduğu qəza nəticəsində 4 avtomobilə ciddi zədə dəyib. Belə ki, Xəqani küçəsi ilə yüksək sütərlə hərəkət edən "Opel" markalı avtomobilin yoluna qəfildən "Tida" avtomobilinin çıxması qəzaya səbəb olub. Zərbənin gücündən küçədə bir neçə dəfə fırlanan "Tida" yaxınlıqdakı iki "Mercedes" avtomobilinə çırpılıb. "Opel"in sürücüsü isə idarəetməni itirdiyindən avtomobil səkiyə çıxaraq yaxınlıqdakı iaşə obyektinin qapısına çırpılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31