Narkotika qaçaqmalçısının şikayəti rədd edildi

İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Ehtiram Səlimovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Fikrət Əkbərovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtiram Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ehtiram Əliyev Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.3-cü qanunsuz olaraq külli miqdarda narkotik vasitələri təkrarən əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31