Heroin alverçisi 11 il cəza çəkəcək

Apellyasiya Məhkəməsi şikayəti rədd etdi

Şirvan Apellyasiya Məhkəməsində narkotik alverində ittiham olunan Yardımlı rayon sakini Xalid Nəzərovun apellyasiya şikayəti üzrə məhkəmə  başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Xalid Nəzərovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Nəzərov 11 il müddətinə azadlıqdan məhrum edilib. Ittihama görə, Yardımlı rayonunun Mirimli kənd orta məktəbində müəllim işləyən Xalid Nəzərov 8 kiloqram heroini satmaq istəyərkən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31