Azərbaycanlı Moskva metrosunda adam öldürdü

Bakı sakini Moskva polisi tərfindən həbs edilib

Moskva metrosunda daha bir nəfər bıçaqlanaraq qətlə yetirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə bu, həftə ərzində Rusiya metrosunda ikinci qətl hadisəsidir.
İxtisasca menecer olan 28 yaşlı paytaxt sakini Oleq Şurupovu öldürməkdə şübhəli bilinən isə əslən azərbaycanlı olan 25 yaşlı Bakı sakini Elvin Abdullayevdir.

Şahidlərin sözlərinə görə, iki nəfər metronun platformasında dayanaraq ucadan qışqırı-qışqıra mübahisə edirdi. Sonra onlardan biri bıçağı çıxararaq digərinin sinəsinə bir neçə zərbə endirib. Hadisə yerinə təcili yardım maşını gəldikdə isə xəsarət alan artıq sağ deyildi.

E. Abdullayev hadisə yerindən qaçmağa çalışsa da, onu metro polsi həbs edərək, dəlil kimi bıçağı alınıb. Onun barəsində Moskva Prokurorluğunda artıq cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31