Xaçmazda dəhşətli qəza: ölən və yaralananlar var

Minik maşını su kanalına düşüb

Xaçmazda ölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qımılqışlaq kəndi ərazisində minik maşını Samur-Abşeron kanalına düşüb. Verilən məlumata görə, hadisə nəticəsində ölən və yaralanan var.

Hazırda hadisə yerində polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31