Kəndçisini öldürmək istəyənə 4 il həbs cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həmyerlisini öldürməyə cəhddə ittiham olunan Hacıqabul rayon sakini Natiq Rəhimovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Rəhimov 4 il müddətinə azadlıqdan məhrum edilib.Təqsirləndirilən şəxs 2011-ci il oktyabrın 9-da Hacıqabul şəhəri ərazisində həmyerlisi Aqil Şükürovu bıçaqlayaraq öldürməyə cəhd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31