Bakıda nazirlik avtomobili ağır qəzaya düşdü
20 Dekabr 2012 16:57 KriminalBu gün Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Puşkin küçəsində 10 AS 445 nömrə nişanlı "Hyundai Sonata" ilə "Nissan Patfainder" markalı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb, 2 nəfər xəsarət alıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları ilkin araşdırmalar aparır. Məlumata görə, qəzaya düşən "Hyundai Sonata" nazirliklərdən birinə məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31