Azyaşlını zorlayan manyaka hökm oxundu
22 May 2012 18:59 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda ittiham olunan Zabil Qarayevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə məlumatı "OLAYLAR"a məhkəmədən veriblər. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zabil Qarayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.3-cü(yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham ediliblər.
Təqsirləndirilən şəxs adı 14 yaşlı Elşən (ad şərti verilib) adlı şəxslə bir neçə dəfə cinsi əlaqədə olub. O, azyaşlı oğlana hədə-qorxu gələrək, bu barədə heç kimə deməməsini tapşırıb. Lakin günlərin bir günü azyaşlı oğlan Zabil Qarayevin hərəkətləri barədə valideynlərinə danışıb. Zərərçəkmişin valideynləri övladlarının başına açılan müsibət barədə dərhal polisə şikayət ediblər. Bundan sonra Zabil Qarayev həbs edilib.