Moskva metrosunda qətl törədən azərbaycanlı həbs olunub
20 Dekabr 2012 16:40 KriminalDünən Moskva şəhər polisi "Prospekt Mira" metro stansiyasında qətl törətməkdə şübhəli bilinən Bakı sakinini saxlayıb. APA-nın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, 25 yaşlı Elvin Abdullayev münaqişə zəmində öz həmyaşıdı Oleq Şuqurovun baş və döş nahiyəsinə 4 bıçaq zərbəsi endirib. Həmin şəxs aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisə yerindən qaçmaq istəyən E.Abdullayev polis tərəfindən saxlanılıb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31