Qohumunu öldürən Yevlax sakini 9 il cəza aldı
22 May 2012 18:58 KriminalŞəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini Natiq Mustafayevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Natiq Mustafayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Natiq Mustafayev 2011-ci il noyabrın 14-də Yevlax rayonunun Zərdabi küçəsində yerləşən "Gənclər evi" binasının yaxınlığındakı yarımçıq tikilidə 45 yaşlı Yevlax sakini Elman Mustafayevi qətlə yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31