Narkotika əkib-becərən balakənli 4 il cəza aldı

Şəki Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri əkib-becərməkdə ittiham olunan Balakən rayon sakini Əbülbəşir Qurbanovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əbülbəşir Qurbanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Əbülbəşir Qurbanov 2011-ci il mayın 10-da Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Onun evinə baxış zamanı 210 qram çətənə bitkisinin toxumları, ona məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş  978 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
O, Cinayət Məcəlləsinin 234-cü(qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 237.2.3-cü (qanunsuz olaraq küllü miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31