Sumqayıtda 1 yaşlı qız dəm qazından zəhərləndi

Qohumlar Sumqayıtda dəm qazından zəhərləniblər

Bu gecə Sumqayıtda dəm qazı 9 qohumu xəstəxanalıq etdi. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Firuzə Həsənova, Fərid Orucov, Aynur Cəfərova və qohumu Aybəniz Cəfərova, Nigar Fərhadova, oğlu 6 yaşlı Nahid, qızı 1 yaşlı Tahirə, Qurban Əbdüləzimov və qohumu Araz Əbdüləzimov evdə dəm qazından zəhərlənib.

Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Bundan əlavə Kəpəz rayon sakini Fərhad Nəsirov evindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31