Narkotika qaçaqmalçısına hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Mahir Ələkbərovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mahir Ələkbərov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Mahir Ələkbərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31